Bank Of Baku

Sumqayıtda “Salam, əziz düşmən” adlı sərgi təşkil olunacaq

Sumqayıtda “Salam, əziz düşmən” adlı sərgi təşkil olunacaq
# 23 sentyabr 2009 08:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Oktyabrın 2-də Sumqayıtda “Almaniya ilə tanışlıq” proqramı çərçivəsində “Salam, əziz düşmən” adlı sərgi təşkil olunacaq. Şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin APA-ya verdiyi məlumata görə,
sərgi Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə təşkil ediləcək. Azərbaycanda Almaniya həftələri - “Almaniya ilə tanışlıq” proqramı çərçivəsində keçiriləcək sərgidə sülhə və tolerantlığa aid uşaq kitabları nümayiş etdiriləcək. Sərgi oktyabrın 10-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR