Bank Of Baku

Bakıda “Şərqi Avropa və Mərkəzi Asiyada əmək və ətraf mühit” mövzusunda həmkarlar ittifaqlarının birinci beynəlxalq konfransı keçirilir

Bakıda “Şərqi Avropa və Mərkəzi Asiyada əmək və ətraf mühit” mövzusunda həmkarlar ittifaqlarının birinci beynəlxalq konfransı keçirilir
# 23 sentyabr 2009 10:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Bakıda “Şərqi Avropa və Mərkəzi Asiyada əmək və ətraf mühit” mövzusunda həmkarlar ittifaqlarının birinci beynəlxalq konfransı keçirilir. APA-nın məlumatına görə, iki gün davam edəcək konfransda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib ki, konfransın əsas məqsədi iqlim dəyişkənliyinin müxtəlif sektorlara təsiri, məşğuluq sferalarında adaptasiya siyasətinin nəticələrinin analiz edilməsi və digər məsələlər ətrafında müzakirələr aparmaqdan ibarətdir. O bildirib ki, konfransda Kopenhagendə keçiriləcək ümumdünya konfransına hazırlıq məsələləri də müzakirə olunacaq.

Tədbirdə yerli və xarici həmkarlar təşkilatlarının, eləcə də müxtəlif qeyri-hökumət təşkilatlarının təmsilçiləri məruzələrlə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR