Bank Of Baku

Bakıda “Mülki fövqəladə halların planlaşdırılmasında və nəticələrin idarə edilməsində effektiv metodlar” mövzusunda seminar keçirilir

Bakıda  “Mülki fövqəladə halların planlaşdırılmasında və nəticələrin idarə edilməsində effektiv metodlar” mövzusunda seminar keçirilir
# 23 sentyabr 2009 11:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bakıda “Mülki fövqəladə halların planlaşdırılmasında və nəticələrin idarə edilməsində effektiv metodlar” mövzusunda üç günlük seminar keçirilir. APA-nın məlumatına görə, seminar iştirakçıları fövqəladə halların qarşısının alınmasında regional əməkdaşlıq, Azərbaycanda böhran vəziyyətlərinin idarə olunması sisteminin təhlili və mükəmməlləşdirilməsi zəruri olan sahələrin müəyyən edilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı əsas iştirakçıların fundamental vəzifələrinin müəyyənləşməsi və onların fəaliyyətini koordinasiya olunması məsələlərini müzakirə edirlər.

Tədbir NATO-Azərbaycan beynəlxalq məktəbi, Rumıniyanın “Carol I” Milli Müdafiə Universiteti və QDİƏT-in regional stabillik işçi qrupunun təşkilatçılığı ilə keçirilir. Tədbirin açılış mərasimində çıxış edən NATO beynəlxalq qərargahının nümayəndəsi Vlad Nikulesku QDİƏT regionu ölkələrinin traffikinq, qanunsuz miqrasiya, terrorçuluq kimi regional səviyyədə üzləşdiyi problemlərlə mübarizənin əhəmiyyətini vurğulayıb. O bildirib ki, NATO ilə əməkdaşlıq proqramlarında iştirak edən Azərbaycan regional inkişaf və stabilliyə öz töhfəsini vermiş olur.


.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR