Bank Of Baku

TQDK növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq məqsədilə elmi-metodiki seminarlar keçirəcək

TQDK növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq məqsədilə elmi-metodiki seminarlar keçirəcək
# 23 sentyabr 2009 11:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 1-dən növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq məqsədilə ayrı-ayrı fənlər üzrə elmi-metodiki seminarlara başlayacaq. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, test tərtibi metodikasını təkmilləşdirmək məqsədi daşıyan seminarlarda
ali və orta məktəb müəllimləri, elmi-metodik mərkəzlərin mütəxəssisləri iştirak edə bilər. Artıq seminar-məşğələlərin cədvəli də müəyyənləşdirilib. Ana dili və ədəbiyyat, ingilis dili, fransız dili, alman dili fənləri üzrə seminar-məşğələlər həftənin I, kimya fənni üzrə II, fizika fənni, şərq dilləri üzrə III, tarix, biologiya fənləri üzrə IV, coğrafiya, riyaziyyat fənləri üzrə isə V günlər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR