Bank Of Baku

Tələbə oxuduğu universiteti məhkəməyə verib

Tələbə oxuduğu universiteti məhkəməyə verib
# 23 sentyabr 2009 11:59 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbəsi ali məktəbi məhkəməyə verib. Bu barədə APA-ya “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyindən bildirilib. Məlumata görə, universitetin “Musiqili teatr aktyoru” ixtisasının III kurs tələbəsi Röyal Cəbiyev ona qarşı yaradılmış problemlərlə bağlı birliyə müraciət edib. Bildirilib ki, tələbə “Musiqili teatr aktyoru” ixtisasından “Musiqili teatr rejissoru” ixtisasına köçürülmək üçün hələ I kursda oxuyarkən universitet rəhbərliyinə müraciət etsə də, müraciətinə heç bir cavab verilməyib. Yalnız 10.04.2009-cu il tarixdə ADMİU-nun prorektoru Rafiq Sadıqovun imzası ilə yazılan məktubda R. Cəbiyevin köçürülmə ilə bağlı Universitetə heç vaxt müraciət etmədiyi bildirilib. Bundan sonra tələbə yenidən ADMİU-ya müraciət edib: “Lakin yay semestr imtahanında Röyal Cəbiyev “Azərbaycan ədəbiyyatı tarixi” fənnindən suallara cavab verib, ona “yaxşı” qiymət yazıldığı bildirilsə də, həmin qiymət “qiymət kitabçası”nda qeyd edilməyib. Sonradan isə həmin fəndən imtahan götürən Vəfa Əliyev Röyal Cəbiyevə “yaxşı” deyil, “qeyri-kafi” qiymət yazıldığını bildirib. Lakin sonradan Röyal Cəbiyevə “yaxşı” qiymət yazıldığı məlum olub, buna baxmayaraq komissiya həmin qiyməti “qiymət kitabçasına” qeyd etmək əvəzinə tələbə yenidən imtahan bileti çəkməyə məcbur edilib. Təkrar imtahanda isə qanun pozuntuları Təhsil Nazirliyinin əməkdaşı İradə Quliyevanın gözləri qarşısında baş verib. Həmin imtahanda Röyal Cəbiyevə qanunsuz olaraq yazılmış “qeyri-kafi” ilə bağlı tərtib olunmuş protokola komissiya üzvü, professor Fikrət Sultanov imza atmaqdan imtina edib”.
Qeyd olunub ki, R. Cəbiyev Yasamal rayon Məhkəməsinə müraciət edib. İddia üzrə məhkəmə prosesi sentyabrın 25-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR