Bank Of Baku

Bakıda «Quşlara rahatlıq və istilik gətirək» adlı ekoloji aksiya keçiriləcək

Bakıda «Quşlara rahatlıq və istilik gətirək» adlı ekoloji aksiya keçiriləcək
# 24 sentyabr 2009 07:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabrın 26-da Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda keçiriləcək XV Azərbaycan Beynəlxalq İnşaat Sərgisinə həsr olunmuş («BakuBuild-2009») ekoloji aksiya təşkil olunacaq.

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Quşlara rahatlıq və istilik gətirək» adlı ekoloji aksiyanın keçirilməsinin məqsədi gənc nəslə təbiətə qayğıkeş yanaşmağı öyrətmək, əhalidə ekologiyaya, ətraf mühitin qorunub saxlanmasına pozitiv yanaşmanın formalaşmasına yardım göstərməkdir. Aksiya həmçinin Azərbaycanın və Abşeron yarımadasının flora və faunasının müxtəlifliyinin qorunması məqsədilə mühafizə olunan ərazilərin sosial-iqtisadi əhəmiyyətini göstərməyə imkan verəcək. Aksiya iştirakçıları əvvəlcədən hazırlanmış hissələrdən sığırçın yuvalarını yığıb, ağacların üzərinə qura biləcək. Uşaqlara isə quşlara «təzə ev» hədiyyə etmək imkanı yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR