Bank Of Baku

Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul üçün elan edilmiş müsabiqənin nəticələri açıqlanıb

Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul üçün elan edilmiş müsabiqənin nəticələri açıqlanıb
# 24 sentyabr 2009 09:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Təhsil Nazirliyinin 2009-2010-cu dərs ili üzrə Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant müəllim yerlərinə işə qəbul üçün elan etdiyi müsabiqənin nəticələri açıqlanıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paytaxtın ümumtəhsil müəssisələrindəki vakant yerlərə 284 müəllim işə götürülüb. Onlardan 232-si ingilis dili, 20-si riyaziyyat, 8-i fizika, 4-ü kimya, 10-u biologiya, 27-si ibtidai sinif, 19-u Azərbaycan dili və ədəbiyyatı, 2-si rus dili və ədəbiyyatı, 19-u tarix, 56-sı informatika, 15-i coğrafiya, 45-i fiziki tərbiyə, 11-i gənclərin çağırışaqədərki hazırlığı, 4-ü əmək hazırlığı, 8-i musiqi və nəğmə, 4-ü təsviri incəsənət və rəsmxət müəllimidir. Müsabiqə iki mərhələdə keçirilib. Birinci mərhələdə təqdim olunmuş elektron ərizələrdəki məlumatlar və vakant yerlərə iddiaçıların şəxsi işlərindəki göstəricilər xüsusi meyarlar əsasında qiymətləndirilib. İkinci mərhələdə isə ixtisaslardan asılı olaraq, müsahibə və ya test yoxlaması aparılıb. Hər iki mərhələnin nəticəsi əsasında müəyyənləşdirilmiş keçid balını toplamış müəllimlər seçdikləri məktəblərə işə qəbul olunublar. Ümumilikdə isə 1044 nəfərin sənəd verdiyi müsabiqəyə 365 vakant yer çıxarılıb. Müsabiqənin nəticələrinə əsasən boş qalan 81 vakant yerlə bağlı isə Təhsil Nazirliyi əlavə müsabiqə elan edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR