Bank Of Baku

Böyük Qafqaz dağlarında Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yaradılıb

Böyük Qafqaz dağlarında  Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yaradılıb
# 24 sentyabr 2009 09:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Böyük Qafqaz dağlarının şimal-şərq yamacında Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərkəzin yaradılmasında məqsəd yüksək dağlıq ərazilərin bir ekosistem kimi kompleks öyrənilməsi, xüsusən həmin ərazinin mikroiqliminin, hidroloji proseslərin, dağ buzlaqlarının tədqiqi, iqlim dəyişmələri və onun ətraf mühitə, biomüxtəlifliyə təsirinin qiymətləndirilməsidir.
Hazırda Elm Mərkəzinin fəaliyyətə başlaması üçün 3000 metrə yaxın hündürlükdə müvafiq inzibati bina tikilib və meteoroloji müşahidə meydançası yaradılıb. Həm Elm Mərkəzində, həm də Şahdağın 3500 metr hündürlüyündə Finlandiyanın Vaysala firmasının istehsalı olan Avtomat Meteoroloji Stansiyalar (AMS) quraşdırılıb. Artıq meteoroloji stansiyalardan ilkin meteoroloji müşahidə məlumatlarının alınmasına başlanılıb. Hazırda belə AMS-dən biri də 4200 metr hündürlükdə yerləşən Tufandağda quraşdırılır. Stansiyanın quraşdırılması üçün lazım olan ləvazimat artıq Tufandağın zirvəsinə qaldırılıb. Son günlər ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar dağçılar və mütəxəssislər Tufandağın zirvəsindən enməyə məcbur olsalar da, Cənubi Qafqazın ən hündür nöqtəsində yerləşən (4200 metr) Stansiyanın yaxın vaxtlarda quraşdırılması işi uğurla başa çatdırılacaq. Kompleks Elm Mərkəzinin yaxın vaxtlarda mütəxəssis heyəti ilə komplektləşdiriləcəyi və tam gücü ilə işə başlayacağı planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR