Bank Of Baku

Hava şəraitində ciddi dəyişiklik gözlənilmir

Hava şəraitində ciddi dəyişiklik gözlənilmir
# 24 sentyabr 2009 10:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda və Abşeron yarımadasında sentyabrın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Gündüz 20-23, axşam 18-20 dərəcə isti olacaq.

Sentyabrın 25-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb, cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 16-18, gündüz 23-26 dərəcə isti olacaq.

Sentyabrın 26-da havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək, axşam şimal-qərb küləyinə keçəcək. Gecə 17-20, gündüz 24-26 dərəcə isti olacaq.

Sentyabrın 27-də havanın buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir küləyin sürəti 23-25 m/s-yə, yarımadanın bəzi yerlərində 28 m/s-dək güclənəcək. Gecə 15-17, gündüz 18-20, axşam 15 dərəcəyə yaxın isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 25-də hava əsasən yağmursuz olacağı, lakin gecə bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 15-19, gündüz 23-27, dağlarda gecə 5-10, gündüz 14-18 dərəcə isti olacaq.

Sentyabrın 26-27-də havanın əsasən yağmursuz olacağı, lakin sentyabrın 26-da axşam və 27-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Sentyabrın 27-də yağışın bəzi yerlərdə intensiv xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, sentyabrın 27-də küləyin sürəti arabir 18-23 m/s-yə, ayrı-ayrı yerlərdə 25-27 m/s-dək güclənəcək. Gecə 13-17, gündüz 20-24, dağlarda gecə 4-8, gündüz 12-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloci proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında cənub küləyinin üstünlüyü, atmosfer təzyiqinin zəif və mülayim tərəddüdləri gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişli hava şəraiti sayıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR