Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin 61-ci sessiyası Azərbaycanda keçiriləcək

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin 61-ci sessiyası Azərbaycanda keçiriləcək
# 24 sentyabr 2009 11:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Komitəsinin 61-ci sessiyası 12-15 sentyabr 2011-ci il tarixində Bakıda keçiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Komitəsinin sentyabrın 14-dən 17-dək keçirilmiş 59-cu sessiyasında qərar verilib. ÜST Avropa üzrə Regional Komitəsinin Qayda və Proseduralarının 14-cü maddəsinə uyğun olaraq, eləcə də Daimi Komitəyə daxil olan digər üzv ölkələrdən alınmış konsensusa əsasən, Azərbaycan, İsveç və Ukrayna 2009-2012-ci illər müddətinə Daimi Komitəyə üzv seçilib.

Sessiyada öncə ÜST Avropa üzrə Regional Direktorun məruzəsi və Avropa üzrə Daimi Komitənin 16-cı çağırışının hesabatı dinlənilib. Daha sonra səlahiyyətli nümayəndələrin seçilməsi, Ümumdünya Səhiyyə Assambleyasının və İcraiyyə Komitəsinin qətnamələrinin müzakirəsi, ÜST Avropa Regional Direktoru vəzifəsinə seçkilər, ÜST orqan və komitələrində üzvlük məsələləri müzakirə edilib. Toplantıda, həmçinin, qlobal maliyyə böhranı şəraitində səhiyyə sistemlərinin möhkəmləndirilməsi və regional büronun qarşısında duran məsələlər, A/H1N1 pandemiyasına qarşı mübarizə tədbirləri də müzakirəyə çıxarılıb. Avropa Regional Direktoru vəzifəsinə seçkilər gərgin şəraitdə keçib və 21 səsə qarşı 32 səslə Macarıstan Respublikasının namizədi Suzanna Yakabın qələbəsi ilə başa çatıb.

Kopenhagendə sessiya ərəfəsində bir sıra rəsmi görüşlər də keçirilib. Sessiyanın ilk günündə səhiyyə naziri Oqtay Şirəliyev Avropa Regionu üzrə Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi və ÜST baş direktoru Marqaret Çanla görüşüb. Vaksinasiya və İmmunizasiyalar üzrə Qlobal Alyansın (GAVI) İdarə Heyəti ilə keçirilən görüşdə Azərbaycan tərəfi bildirib ki, nazirlik 2000-ci ildən Vaksin və İmmunlaşdırma üzrə Qlobal Alyansla əməkdaşlıq edir. Alyansın köməyi ilə Milli peyvənd təqviminə B Hepatitinə qarşı vaksin də əlavə edilib. Əgər 2006-cı ilə qədər respublikaya lazım olan vaksinlər 100% həcmində GAVI tərəfindən təmin edilirdisə, sonralar ilbəil bu faiz nisbəti azalıb və artıq 2008-ci ildən immunizasiya üçün tələb olunan B Hepatitinə qarşı vaksinlər bütövlükdə Azərbaycan dövləti tərəfindən alınmağa başlanıb. Məhz həmin ildə Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi, ilkin səhiyyə sistemi üçün mütəxəssislərin hazırlanması, statistika və immunizasiya işinin təkmilləşdirilməsi üçün GAVI tərəfindən 1 mln. ABŞ dolları məbləğində tranş ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR