Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Xəzər həftəsi” elan edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Xəzər həftəsi” elan edib
# 24 sentyabr 2009 12:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 23-30 sentyabr tarixlərini “Xəzər həftəsi” elan edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BMT-nin qərarı ilə 1978–ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi "Beynəlxalq Dəniz günü" elan edilib. Məqsəd isə bütün dünyada cəmiyyətin, dövlətin və özəl sektorun diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir. Ekoloji təqvimə salınmış "Beynəlxalq Dəniz günü"nün davam etdiyi müddətdə ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumat veriləcək, o cümlədən hər bir sakinə bu resursların qorunmasının vacibliyi təbliğ ediləcək. “Xəzər həftəsi” ərzində ETSN tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında - Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran ərazilərində vətəndaşların, yerli icra strukturlarının və təhsil müəssisələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. "Beynəlxalq Dəniz günü"ndə keçirilməsi nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər dənizin və onun sərvətlərinin mühafizə olunmasına, ekoloji cəhətdən saflığının qorunmasına və bu istiqamətdə ictimaiyyətin maarifləndirilməsinə xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR