Bank Of Baku

“Qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflıq” mövzusunda debat keçirilib

“Qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflıq” mövzusunda debat keçirilib
# 24 sentyabr 2009 14:35 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Bu gün “Qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflıq” mövzusunda debat keçirilib. APA-nın məlumatına görə, debatda tərəflərdən biri kimi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev, qarşı tərəf kimi isə politoloq Rasim Musabəyov iştirak edib. Ə. Nuriyev tədbirdə çıxış edərək QHT-lərin fəaliyyəti sahəsində şəffaflıq məsələləri ilə bağlı bir sıra problemlərin mövcud olduğunu deyib. Onun sözlərinə görə, ümumilikdə cəmiyyətin heç bir sahəsində QHT-lərdə olduğu qədər şəffaflıq yoxdur.
Politoloq Rasim Musabəyov QHT-lərin həyata keçirdiyi konkret layihələrdə şəffaflığın mövcud olduğunu desə də, bunun bütün təşkilatların fəaliyyətinə şamil etməyin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, QHT-lərin böyük bir hissəsi qrant almaq üçün çalışırlar. Debatda çıxış edən hüquq müdafiəçisi Novella Cəfəroğlu QHT-lər tərəfindən həyata keçirilən bütün layihələrdə jurnalistlərin iştirakının təmin olunması ilə bağlı təklif irəli sürüb. Onun sözlərinə görə, jurnalistlərin fəaliyyət göstərdikləri layihələrdə şəffaflıq daha yaxşı təmin oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR