Bank Of Baku

Azərbaycan FHN respublika ərazisində baş vermiş leysan yağışların yaratdığı fəsadlarla bağlı açıqlama yayıb

Azərbaycan FHN respublika ərazisində baş vermiş leysan yağışların yaratdığı fəsadlarla bağlı açıqlama yayıb
# 24 sentyabr 2009 14:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) respublika ərazisində baş vermiş leysan yağışların yaratdığı fəsadlarla bağlı açıqlama yayıb. APA-nın xəbərinə görə, məlumatda bildirilib ki, bu il sentyabrın 20-dən başlayaraq respublikanın bəzi ərazilərində hava şəraiti kəskin dəyişib, leysan xarakterli yağışlar yağıb.
Qısa müddət ərzində aylıq normadan iki dəfə çox miqdarda yağan leysan yağışlar nəticəsində Hacıqabul rayonun mərkəzi, Nəvahi kəndi, habelə Bakı-Hacıqabul avtomobil yolunun kənarında subasma hadisəsi baş verib.
Eyni zamanda respublikanın şimal bölgəsində də, Xaçmaz rayonunun Nərəcan, Alekseyevka, Gödəkli, Maqsudkənd və Ləcət, Qusar rayonunun Yasaboba, Əniqoba və Hiloba kəndlərində yağan güclü leysan yağışları nəticəsində Xanarx kanalının üzərindəki körpülər və suötürücülər ətrafında daşqın baş verib. Yaşayış evlərinə, magistral avtomobil yollarına və tikililərə ciddi zərər dəyib.
Hacıqabul və Xaçmaz rayonları ərazisində əmələ gəlmiş daşqınların nəticələrini aradan qaldırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və texnikası cəlb olunub, su basmış ərazilərdən suların axıdılması təmin olunub, təhlükəli ərazilərdən əhali təxliyə edilib.
Müvafiq tədbirlərin görülməsi davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR