Bank Of Baku

Azərbaycan Dillər Universitetində Alman dili günü qeyd olunub

Azərbaycan Dillər Universitetində Alman dili günü qeyd olunub
# 24 sentyabr 2009 18:53 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Alman dili günü münasibəti ilə tədbir keçirilib.
ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri açıq elan edən alman dili fakültəsinin dekanı Ulduz Aslanova bildirib ki, artıq 60 ildir alman dili Azərbaycanda professional səviyyədə tədris olunur: “Alman dilinin xarici dil kimi tədrisinə 1936-1937-ci illərdə başlanılıb. 1949-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun nəzdində alman dili fakültəsi yaradılıb. Bu fakültənin yaradılmasını Azərbaycan Dillər Universitetinin tarixinin başlanğıcı da hesab etmək olar”.
Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) ADU-dakı təmsilçisi Martina Liza və digər natiqlər qeyd ediblər ki, Heygel, Höte, Hayne kimi mütəfəkkirlər yetirmiş alman xalqının dilini və mədəniyyətini öyrənmək xalqlarımız arasında mədəni əlaqələri inkişaf etdirməkdə mühüm rol oynayır.
Sonda tələbələr məşhur alman şairlərindən şeirlər söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR