Bank Of Baku

Rus dili müəllimləri üçün regional seminarlar keçirilir

Rus dili müəllimləri üçün regional seminarlar keçirilir
# 24 sentyabr 2009 18:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sentyabrın 23-dən 25-dək Rusiyanın Azərbaycandakı səfirliyi Rusiya ilə əməkdaşlıq təşəbbüsləri və Federal Agentliyin maliyyə dəstəyi ilə ”Rus dili (2006-2010-cu illər) proqramı” çərçivəsində bir sıra tədbirlər, o cümlədən rus dili müəllimləri üçün regional seminarlar keçirir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, proqram çərçivəsində sentyabrın 24-dən 25-dək Lənkəran rayonunda Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları üzrə ümumtəhsil və ali məktəblərdə rus dili fənnini tədris edən təlimçi müəllimlər üçün metodik seminar və dəyirmi masa keçirilməsi nəzərdə tutulub.

Tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Rusiyadan gəlmiş alimlər və digər rəsmi qonaqlar iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR