Bank Of Baku

Bakıda “Azərbaycan-Almaniya ali təhsil günləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Azərbaycan-Almaniya ali təhsil günləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 24 sentyabr 2009 21:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 1-3 oktyabr tarixlərində Bakıda “Azərbaycan-Almaniya ali təhsil günləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı ilə təhsil sahəsində əməkdaşlığı çərçivəsində düzənlənəcək konfrans zamanı Almaniya və Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri arasında əməkdaşlıq üzrə təcrübə və perspektivlər müzakirə ediləcək, tibb, kənd təsərrüfatı, texniki elmlər sahəsində əlaqələrə həsr olunmuş, Boloniya prosesi çərçivəsində birgə proqramların hazırlanması ilə bağlı məruzə və çıxışlara yer veriləcək.

Tədbir çərçivəsində “Kapellhaus” - Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində Almaniya universitetlərinin Təhsil Yarmarkası da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR