Bank Of Baku

Şamaxıda əmək yarmarkası keçirilib

Şamaxıda əmək yarmarkası keçirilib
# 25 sentyabr 2009 01:29 (UTC +04:00)
Şamaxı. Şahnəzər Bəşirov – APA. Şamaxı rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə iş axtaran vətəndaşlar üçün növbəti əmək yarmarkası keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, sentyabrın 24-də təşkil olunan yarmarkada vətəndaşlara 28 idarə, müəssisə və təşkilat tərəfindən 198 boş iş yeri təqdim olunub.

Tədbirə qatılan 350 nəfər iş axtaran vətəndaşdan 82-si öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş vərəqəsi alıb. İşə göndərilənlərin 80 faizindən çoxu gənclərdir. Onlar əsasən təhsil, səhiyyə, sənaye və istehsal müəssisələrində işlə təmin olunacaq. Yarmarkada 24 nəfər iki aylıq “Kompüter istifadəçisi” kurslarına göndərilib. Bundan əlavə, rayon məşğulluq mərkəzi cari ilin 8 ayı ərzində 155 nəfəri daimi işlə təmin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR