Bank Of Baku

Sumqayıtda Üzeyir Hacıbəyovun abidə kompleksinin təməlqoyma mərasimi keçirilib

Sumqayıtda Üzeyir Hacıbəyovun abidə kompleksinin təməlqoyma mərasimi keçirilib
# 25 sentyabr 2009 10:44 (UTC +04:00)
Sumqayıt-APA. Sumqayıt şəhərinin Üzeyir Hacıbəyov küçəsində dahi bəstəkarın abidə kompleksinin təməlqoyma mərasimi keçirilib. Bu barədə APA-ya Sumqayıt şəhər icra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib. Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Təməlqoyma mərasimində öncə iştirakçılara bədii proqram təqdim edilib. Daha sonra şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxış edərək dahi bəstəkar Üzeyir Hacıbəyovun fəaliyyətindən danışıb. Qeyd edək ki, dahi bəstəkarın abidə kompleksinin inşa edilməsi və abadlaşdırılması nəzərdə tutulan xiyabanın eni – 23 metr, ərazinin uzunluğu – 61 metr təşkil edir. 1340 kvadrat metrlik abadlaşdırılacaq sahənin təxminən 740 kv.m. hissəsində tamet döşəmə salınması, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kolların əkilməsi, müasir işıqlandırma sisteminin və oturacaqların quraşdırılması nəzərdə tutulub. Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Üzeyir Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m olacaq. Postament royal formasında olub, qara qranitlə üzlənəcək, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanacaq barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işləniləcək. Əks tərəfdən isə eyni fon üzərində Milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR