Bank Of Baku

DİN-in şöbə müdiri: “İl ərzində təxminən 200-300 küçə uşağı qəyyumlara və ya uşaq müəssisələrinə verilir”

DİN-in şöbə müdiri: “İl ərzində təxminən 200-300 küçə uşağı qəyyumlara və ya uşaq müəssisələrinə verilir”
# 25 sentyabr 2009 11:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Uşaqlarla bağlı ailə-məişət zəminində törədilən cinayətlər uşaqlara qarşı törədilən ümumi cinayətlərin 8-10 faizini təşkil edir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin müdiri Kamal İmanverdiyev deyib. O bildirib ki, digər ölkələrlə müqayisə etdikdə Azərbaycanda bu göstərici aşağıdır: “Bu sahədə vəziyyəti daha da yaxşılaşdırmaq üçün Daxili İşlər Nazirliyi tərəfindən daim islahat aparılır. Bu islahatlar çərçivəsində uşaqlarla işləyən polis xidməti əməkdaşlarının funksiyaları təkmilləşdirilir”.

K. İmanverdiyevin sözlərinə görə, DİN il ərzində təxminən 200-300 küçə uşağını müəyyən edib qəyyumlara və ya uşaq müəssisələrinə verir: “Küçə uşaqları ilə bağlı dövri təhlil aparılır. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da küçə uşaqlarının sayı sabit deyil, dəyişkən bir rəqəmdir. Küçə uşaqları dedikdə küçədə işləyən, yaşayan və dilənçilik edən uşaqlar nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR