Bank Of Baku

Azərbaycandakı hemofiliyalı xəstələrin 50-55 faizini uşaqlar təşkil edir

Azərbaycandakı hemofiliyalı xəstələrin 50-55 faizini uşaqlar təşkil edir
# 25 sentyabr 2009 11:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Hazırda Azərbaycanda 1281 hemofiliyalı xəstə var. Onların 50-55 faizi məktəbəqədər və məktəbyaşlı uşaqlardır. APA-nın məlumatına görə, bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova “Hərtərəfli qayğı sağlam gələcək deməkdir” layihəsi çərçivəsində təşkil olunan “Hemofiliya məktəbi” ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, dünyanın 96 ölkəsində mövcud olan “Hemofiliya məktəbi” Azərbaycanda ötən ildən yaranıb. Məktəbin funksiyası hemofiliya xəstəliyinin profilaktikasını təşkil etmək, fəsadlarının qarşısını almaq və maarifləndirmə işləri aparmaqdan ibarətdir: ”2006-cı ildən hemofiliyalı xəstələrlə bağlı Dövlət Proqramı fəaliyyət göstərir. Proqram çərçivəsində çox bahalı dərman preparatları xəstələrə təmənnasız verilir. “Hemofiliya məktəbi”ndə valideynlərə və uşaqlara həmin dərman preparatlarının istifadəsi öyrədilir”.
G. Hüseynovanın sözlərinə görə, indiyədək məktəbin fəaliyyətindən 300 nəfərədək hemofiliyalı xəstə və onların valideynləri faydalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR