Bank Of Baku

“Ailədaxili münasibətlərdə uşaq hüquqları” mövzusunda dəyirmi masa keçirilib

“Ailədaxili münasibətlərdə uşaq hüquqları” mövzusunda dəyirmi masa keçirilib
# 25 sentyabr 2009 12:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Ailədaxili münasibətlərdə uşaq hüquqları” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, “Uşaq ili” çərçivəsində həyata keçirilən tədbirlər planı uşaqların hüquqlarının daha etibarlı qorunmasına xidmət edir: “Valideynlərin məsuliyyətinin artırılması üçün müvafiq qanunlara əlavə və dəyişikliklər üçün təkliflər hazırlanır. Komitə tərəfindən uşaq və ailələrə dəstək mərkəzlərinin yaradılmasına başlanıb. Artıq Şüvəlanda və Goranboyda belə mərkəzlər fəaliyyət göstərir”.

H. Hüseynova komitənin apardığı tədqiqatlara istinadən deyib ki, əlilliyi olan uşaqlar da ağır mənəvi və fiziki problemlərlə üzləşirlər. Hazırda Azərbaycanda 47 min əlil uşağın olduğunu söyləyən H. Hüseynovanın sözlərinə görə, bəzən valideynlər uşaqlarını dövlət uşaq müəssisələrinə verməklə məsuliyyətdən yayınmağa çalışırlar: “Təəssüf ki, ailədaxili münaqişələr nəticəsində uşaq hüquqlarının kobud şəkildə pozulması hələ də mövcuddur. Artıq “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim olunub”.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard isə bildirib ki, Azərbaycanda cəmi iki aydır çalışmasına baxmayaraq, ölkədə ailəyə və uşaqlara dəyər verildiyini dərk edib: “Azərbaycanda bu sahəni tənzimləyəcək geniş qanunvericilik bazası var. Bu qanunların icrasına dair dəyirmi masaların təşkili uşaq hüquqları ilə bağlı vəziyyəti ətraflı təhlil etmək baxımından əhəmiyyətlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR