Bank Of Baku

BQXK cəbhə xəttinə yaxın ərazində yerləşən məktəbdə və tibb məntəqəsində su təchizatını bərpa edib

BQXK cəbhə xəttinə yaxın ərazində yerləşən məktəbdə və tibb məntəqəsində su təchizatını bərpa edib
# 25 sentyabr 2009 13:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Ağcabədi rayonunun cəbhə xəttinə yaxın ərazisində yerləşən Yuxarı Qiyaməddinli və Mirzənağılar kəndlərinin geri dönüb 3500 nəfər əhalisinə xidmət edən orta məktəb və tibb məntəqəsində içməli su təchizatı sistemini bərpa edib. APA-nın məlumatına görə, BQKX-nın Bərdə ofisinin rəhbəri Xurşida Mambetova bildirib ki, hər iki kənd cəbhə xəttinə çox yaxın ərazidə yerləşir və Dağlıq Qarabağ münaqişəsinin təsirindən hələ də əziyyət çəkməkdədir: “Kəndin infrastrukturu, xüsusilə də su təchizatı tamamilə bərpa olunmamış vəziyyətdədir. Artıq məktəb və tibb məntəqəsi arasında yerləşən və hər iki kənd tərəfindən istifadə olunan su quyusu bərpa olunub və işə salınıb ki, bunun da nəticəsində hər gün 650 nəfər məktəbli və 10 nəfər xəstə təmiz sudan istifadə edə biləcək. Yaxınlıqda yaşayan 150 nəfər kənd sakini də içməli sudan istifadə imkanı əldə edəcək”.
BQXK-nın bu layihənin yerinə yetirilməsində məsul olan mühəndisi Bakir Quliyev isə bildirib ki, mülki əhalinin ətraflarında olan keyfiyyətli içməli su mənbələrindən istifadə etmək imkanları yoxdur. Kəndlərdə çoxsaylı artezian quyuları var, lakin onlar təmizlənməli və su təchizatı şəbəkəsi bərpa olunmalıdır. Yeni quraşdırılmış su anbarı və ümumi istifadə üçün nəzərdə tutulmuş su mənbəyi məktəblilərin və xəstələrin sudan davamlı istifadəsini təmin edəcək.
Qeyd edək ki, 2008-ci ildən başlayaraq BQXK yerli hökumət orqanları və icma üzvləri ilə birgə Azərbaycanın Ermənistanla sərhədi boyunca yerləşən Əyridərə kəndində və Füzuli rayonunun cəbhə xəttinə yaxın ərazidə yerləşən Şükürbəyli kəndində su təchizatı sistemini bərpa edib. Görülən işlərin nəticəsi olaraq hazırda iki kəndin 1400 nəfər sakini içməli sudan istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR