Bank Of Baku

“Vətəndaş cəmiyyəti quruculuğu: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda beynəlxalq konfransa hazırlıq görülür

“Vətəndaş cəmiyyəti quruculuğu: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda beynəlxalq konfransa hazırlıq görülür
# 25 sentyabr 2009 14:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bəzi beynəlxalq təşkilatların iştirakı ilə “Vətəndaş cəmiyyəti quruculuğu: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda keçiriləcək beynəlxalq konfransa hazırlıq üzrə təşkilat komitəsinin iclasını keçirib. Şuranın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sədr Azay Quliyev konfransın keçirilməsi ilə bağlı ilk dəstəyi beynəlxalq tərəfdaşlar, xüsusilə “Counterpart İnternational” təşkilatından aldıqlarını və bir neçə ay öncə hər iki qurumun nümayəndələrindən ibarət təşkilat komitəsi yaradıldığını söyləyib.

Toplantı iştirakçıları konfransın keçirilməsi təşəbbüsünü bəyəniblər və onun hazırlanmasında yaxından iştirak etmək məqsədilə öz nümayəndələrini təşkilat komitəsinə təklif ediblər. Şura və “Counterpart İnternational” təşkilatı ilə yanaşı, BMT-nin İnkişaf Proqramı, ATƏT-in Bakı ofisi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu da konfransa hazırlıq üzrə təşkilat komitəsində təmsil olunacaqlar. Konfrans 2010-cu ilin mart ayına planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR