Bank Of Baku

Leysan yağışlar nəticəsində çaylarda sululuğun artımı müşahidə olunub

Leysan yağışlar nəticəsində çaylarda sululuğun artımı müşahidə olunub
# 25 sentyabr 2009 14:56 (UTC +04:00)
Bakı-APA. 20-23 sentyabr tarixlərində yağan leysan yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın eyni zamanda Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda ən yüksək sululuq respublikanın Qazax-Gəncə bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 165-175, Quba-Xaçmaz bölgəsi çaylarında isə normanın 130-155 faizini təşkil edir. Digər çaylarda isə normaya yaxın sululuq müşahidə edilir. Belə ki, Balakən-Şəki və Lənkəran-Astara bölgəsi çaylarında normanın 95-115 faizini təşkil edir. Məlumata görə, hal hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 158 m3/san (ongünlük normanın 113 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 54 faizi olmaqla 54 m3/san-dir. Qanıx çayından Mingəçevir su anbarına axım isə 127 m3/san (ongünlük normanın 132 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 33 faizi olmaqla 32 m3/san olub. Son günlər yağan leysan yağışlar nəticəsində Kür çayına tökülən çaylarda sululuğun kəskin artması nəticəsində Kür çayının aşağı axımında səviyyə artıb. Belə ki, son 5 gün ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 153 sm artaraq 484 sm (2008-ci ildə 320 sm), Şirvanda səviyyə 110 sm artaraq 400 sm (2008-ci ildə 237 sm), Salyanda səviyyə 150 sm artaraq 436 sm (2008-ci ildə 270 sm), Bankədə səviyyə 54 sm artaraq 321 sm (2008-ci ildə 253 sm), Araz-Novruzluda səviyyə 92 sm artaraq 305 sm (2008-ci ildə 120 sm) təşkil edib. Şəmkir su anbarının hazırki səviyyəsi 148,70 metr (2008-ci ildə 151,65 metr), Mingəçevir su anbarının səviyyəsi 78,92 metr (2008-ci ildə 76,51 metr), Araz su anbarının səviyyəsi isə 771,24 metr (2008-ci ildə 766,60 metr) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR