Bank Of Baku

Türkiyədə nəşr olunan “Yol” jurnalının növbəti sayı Naxçıvana həsr edilib

Türkiyədə nəşr olunan “Yol” jurnalının növbəti sayı Naxçıvana həsr edilib
# 25 sentyabr 2009 18:09 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov - APA. Türkiyə Cümhuriyyətində nəşr olunan “Yol” jurnalının növbəti sayı Naxçıvana həsr olunub.

AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, iki aydan bir işıq üzü görən və 360 səhifədən ibarət olan “Yol” jurnalının 30-cu sayı Naxçıvan elm adamlarının doğma diyarla bağlı elmi məqalələrinə həsr edilib. Jurnalın baş redaktoru, yazıçı Hayrettin İvgin, Hüseyn Qazi Mədəniyyət və Sənət Vəqfinin rəhbəri Gülağ Öz, professor Nail Tan məqalələrində Naxçıvanın gerçək tarixi ilə bağlı ətraflı məlumat veriblər.

Qeyd edək ki, naxçıvanlı elm adamlarının jurnalda 70-ə yaxın elmi məqaləsi yer alıb. Bu məqalələrdə qədim və zəngin tarixə malik Naxçıvanın coğrafiyası, tarixi, xalqın adət-ənənəsi, dil xüsusiyyətləri araşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR