Bank Of Baku

Balakəndə “Şimal-qərbi Azərbaycan: Azərbaycan tarixində yeri və rolu” mövzusunda tədbir keçirilib

Balakəndə “Şimal-qərbi Azərbaycan: Azərbaycan tarixində yeri və rolu” mövzusunda tədbir keçirilib
# 25 sentyabr 2009 22:43 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Balakəndə “Şimal-qərbi Azərbaycan: Azərbaycan tarixində yeri və rolu” mövzusunda tədbir keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, institutun əməkdaşları, rayonun idarə və müəssisə rəhbərləri, rayon ziyalıları iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər şimal-qərbi Azərbaycanın Azərbaycan tarixində yeri və rolu, ingiloyların mənşəyi və yaşadığı ərazilər, Azərbaycan-Gürcüstan münasibətlərində şimal-qərb bölgəsinin əhəmiyyəti, XX əsrin əvvəllərində Azərbaycanın şimal-qərb bölgəsində qaçaqçılıq və s. mövzularda çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR