Bank Of Baku

Cənub bölgəsinin rus dili müəllimləri üçün seminar keçirilib

Cənub bölgəsinin rus dili müəllimləri üçün seminar keçirilib
# 25 sentyabr 2009 23:55 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Dövlət Universitetində (LDU) Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları üzrə ümumtəhsil və ali məktəblərdə rus dili fənnini tədris edən müəllimlər üçün təlim məşğələləri keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Rusiyanın Azərbaycandakı səfirliyinin və Təhsil Nazirliyinin təşəbbüsü, Rusiya Federal Agentliyinin maliyyə dəstəyi, “Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyinin və Rusiya İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən iki günlük tədbirdə LDU-nun rektoru, professor Asəf İsgəndərov, Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi, filologiya elmləri doktoru, professor Ənvər Şeyxov, A.S.Puşkin adına Moskva Dövlət Rus Dili Universitetinin kafedra müdiri Vladimir Annuşkin, Sankt-Peterburq Konservatoriyasının professoru, “Zlatoust” nəşriyyatının nümayəndəsi Tamara Raket, “Rus dili kursları” nəşriyyatının redaksiya müdiri Natalya Kozina, Moskva Dövlət Pedaqoji Universitetinin dosenti İrina Avdeyeva, Sankt-Peterburq Konservatoriyasının professoru Gennadi Malışev və digərləri çıxış edərək, müasir mərhələdə rus dilinin əhəmiyyətindən, bir fənn kimi tədrisinin metodikasının əsas istiqamətlərindən danışıblar.

Tədbirin sonunda Lənkəranın ümumtəhsil məktəblərində rus dili fənnindən daha yüksək nəticələr əldə etmiş şagirdlərin bir qrupuna hədiyyələr, LDU-nun kitabxanasına isə görkəmli rus yazıçı və şairlərinin portretləri, habelə rus dilinin tədrisinə aid dərs vəsaitləri bağışlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR