Bank Of Baku

Azərbaycanın görkəmli dilçi alimi Afat Qurbanov vəfat edib

Azərbaycanın görkəmli dilçi alimi Afat Qurbanov vəfat edib
# 26 sentyabr 2009 09:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın görkəmli alim, professor, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin kafedra müdiri vəzifəsində çalışmış Afat Qurbanov bu gün səhər saatlarında 81 yaşında dünyasını dəyişib. Bu barədə APA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetin filologiya fakültəsinin dekan müavini Kamil Bəşirov məlumat verib. K. Bəşirov bildirib ki, mərhum ötən gün işdə olub: “Bu gün səhər onun dünyasını dəyişdiyini eşidəndə inana bilmədik. Çünki dünən işə gəlmişdi, çox da yaxşı idi. Afat müəllim 30 ilə yaxındır, filologiya fakültəsində kafedra müdiri işləyib. Ailəsindən bizə bildirdilər ki, ürək çatışmazlığından dünyasını dəyişib”. K. Bəşirov qeyd edib ki, alimin dəfn mərasimi sabah keçiriləcək.

Qeyd edək ki, görkəmli alim Afat Qurbanov 1929-cu ildə yanvarın 10-da anadan olub. O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 50-ci illərdən etibarən isə Azərbaycan Pedaqoji Universitetində filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. O, 1981-89-cu illərdə APİ-nin rektoru olub. 1990-94-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR