Bank Of Baku

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
# 26 sentyabr 2009 09:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabr ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının I ongünlüyünə nisbətən 16 m3/san azalaraq 124 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin, həmçinin biogen maddələrin miqdarının yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi qeydə alınıb. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.

Belə ki, “Şıxlı-2” məntəqəsində suyun əsas çirkləndiricilərindən mis birləşmələri və fenollar 6, ammonium ionu 1,4, Ağstafaçay məntəqəsində fenollar 7, mis birləşmələri 6, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 6 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Monitorinqin nəticələrinə görə sentyabr ayının ikinci ongünlüyündə Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi 56,7 m3/san təşkil edib. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 4, fenollar 3, I Şahsevəndə mis birləşmələri 3, fenollar 2, Bəhramtəpə məntəqəsində isə mis birləşmələri 4, fenollar 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.26-6.68 mq/l arasında dəyişərək sanitar norma daxilində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR