Bank Of Baku

BMT Azərbaycana qanuni miqrasiyaya maneə yaradan amillərin aradan qaldırılmasını tövsiyə edib

BMT Azərbaycana qanuni miqrasiyaya maneə yaradan amillərin aradan qaldırılmasını tövsiyə edib
# 07 oktyabr 2009 10:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı 2009-cu il üçün insan inkişafına dair hesabatını açıqlayıb. APA-nın məlumatına görə, bu münasibətlə Dövlət Miqrasiya Xidmətində tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Azərbaycanda miqrasiya sahəsində həyata keçirilən tədbirlərdən danışıb. O, ölkədə müşahidə olunan iqtisadi inkişafla əlaqədar Azərbaycana gələn əcnəbilərin sayının artdığını deyib. A. Rəhimov həmçinin ölkəyə gələn əcnəbiləri Azərbaycan qanunvericiliyinə hörmətlə yanaşmağa çağırıb.

Sonra BMT-nın Azərbaycandakı rezident-əlaqələndiricisi Bruno Pueza hesabatla çıxış edib. O bildirib ki, 2007-ci ilin göstəricilərinə əsaslanan insan inkişafı indeksinə əsasən Azərbaycan orta insan inkişafı kateqoriyasında 182 ölkə və ərazi arasında 86-cı yeri tutur. 2007-2008-ci il üçün inkişaf hesabatında isə Azərbaycan 179 ölkə arasında 97-ci olmuşdu. Hesabatda son illərdə Azərbaycanın bəzi əsas insan inkişafı göstəricilərində ardıcıl irəliləyişlər müşahidə olunduğu qeyd edilir. Belə ki, Azərbaycanda 1980 və 2007-ci illər arasında doğularkən gözlənilən orta ömür uzunluğu təxminən 5 il artıb. Eynilə 1995 və 2007-ci illər arasında adambaşına düşən alıcılıq qabiliyyəti (ÜDM) təxminən 4 dəfə yüksəlib.

Hesabatda Azərbaycan hökumətinə rəsmi sənədlərin əldə olunması prosesinin asanlaşdırılması, qanuni miqrasiyaya maneə yaradan amillərin aradan qaldırılması istiqamətində bəzi tövsiyələr də yer alıb.

Qeyd edək ki, 2007-ci il göstəricilərinə əsaslanan insan inkişafı indeksinə görə Ermənistan orta insan inkişafı kateqoriyasında 182 ölkə və ərazi arasında 84-cü, Gürcüstan 89-cu, İran 88-ci, Ukrayna isə 85-ci yerdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR