Bank Of Baku

Təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurası yaradılacaq

Təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurası yaradılacaq
# 07 oktyabr 2009 11:17 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi tərəfindən Təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması planlaşdırılır.

İKT Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, “2008-2012-ci illərdə Azərbaycan təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun yaradılan Şuranın əsas vəzifələri multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlədilməsini, yayılmasını, təhsil prosesində tətbiq edilməsini, elektron elmi-metodiki bazanın yaradılmasını, istifadəsini, yayılmasını və qiymətləndirilməsini həyata keçirməkdir.

Qeyd edək ki, elektron tədris resurslarının Azərbaycanın təhsil sistemində geniş istifadə edilməsi planlaşdırılır. Milli Təhsil Portalında (www.edu.az) yerləşdiriləcək elektron tədris resurslarından Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) qoşulan bütün məktəblər istifadə edə biləcək.

Yaradılan elektron tədris resurslarının qiymətləndirilməsi Azərbaycanda “Təhsil haqqında” qanunun, ölkədə ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulumun) və digər müvafiq sənədlərin əsas müddəalarına və tələblərinə uyğun həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR