Bank Of Baku

“Ermənistanın işğalçılıq və terrorçuluq siyasətinin ifşası” layihəsi çərçivəsində jurnalistlər üçün treninq keçirilib

“Ermənistanın işğalçılıq və terrorçuluq siyasətinin ifşası” layihəsi çərçivəsində jurnalistlər üçün treninq keçirilib
# 07 oktyabr 2009 15:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Xalq Cəbhəsi” qəzetinin redaksiyasında qəzetin KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Ermənistanın işğalçılıq və terrorçuluq siyasətinin ifşası” layihəsi çərçivəsində jurnalistlər üçün treninq keçirilib. APA-nın məlumatına görə, müxtəlif nəşrlərdə çalışan jurnalistlərin və bu mövzuda araşdırmalar aparan mütəxəssislərin qatıldığı tədbirdə Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğal və terror siyasətinin nəticələri haqda məruzələr dinlənilib. “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli icra olunan layihənin əhəmiyyəti və Ermənistanın Azərbaycana qarşı terrorçuluq siyasəti barədə çıxış edib.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, tarix elmləri namizədi Vaqif Abışov da mövzu ilə bağlı fikirlərini bildiriblər.

E. Mirzəbəyli layihə çərçivəsində hazırlanacaq materialların çap və elektron variantlarını yayacaqlarını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR