Bank Of Baku

Ombudsman Slovakiya Konstitusiya Məhkəməsinin sədrini qəbul edib

Ombudsman Slovakiya Konstitusiya Məhkəməsinin sədrini qəbul edib
# 07 oktyabr 2009 16:08 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Slovakiya Konstitusiya Məhkəməsinin sədri İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ombudsman aparatından APA-ya verilən məlumata görə, E. Süleymanova qonaqlara ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətindən, beynəlxalq və regional təşkilatlarla, habelə xarici ölkələrdəki milli insan hüquqları institutları ilə qarşılıqlı əlaqələrindən danışıb. O, ombudsman təsisatının Azərbaycan Konstitusiya Məhkəməsi ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurduğunu, bu məhkəməyə insan hüquqları baxımından sorğular göndərdiyini, bunların bir qisminin təmin edildiyini və ya palata tərəfindən müvafiq şərhlər verildiyini, hazırda bir neçə sorğunun bu məhkəmənin icraatında olduğunu söyləyib. Müvəkkil Azərbaycanda İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının həyata keçirildiyini də diqqətə çatdırıb. E. Süleymanova Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə də qonaqları məlumatlandırıb.

Görüşdə Azərbaycan Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR