Bank Of Baku

Yazılı imtahandan keçmiş 111 hakimliyə namizədlər üçün şifahi imtahan keçirilib

Yazılı imtahandan keçmiş 111 hakimliyə namizədlər üçün şifahi imtahan keçirilib
# 07 oktyabr 2009 16:14 (UTC +04:00)
Bakı-APA. Hakimlərin Seçki Komitəsində test üsulu ilə və yazılı imtahanlardan müvəffəqiyyətlə keçmiş 111 namizədlə şifahi imtahanlar keçirilib. Hakimlərin Seçki Komitəsindən APA-ya verilən məlumata görə, imtahanlar açıq şəkildə, 16 beynəlxalq və yerli təşkilatlardan olan 30-dək müşahidəçinin iştirakı ilə baş tutub.

İmtahanda namizədlər üçün eyni şərait yaradılması və obyektivliyin təmin edilməsi məqsədi ilə suallar hər gün bilavasitə imtahandan əvvəl həmin auditoriyada hazırlanıb və namizədlər tərəfindən sərbəst cavablandırılıb. Suallar hüquq sahəsinə aid olmaqla, namizədlərin bilik səviyyəsinin, öz fikirlərini səlis ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünya görüşünün müəyyən olunmasına imkan verib.

İmtahanın nəticələri üzrə 60 və daha çox bal toplamış şəxslər növbəti mərhələyə - tədrisə buraxılıblar. Həmin şəxslərin siyahısı Məhkəmə Hüquq Şurasının internet səhifəsində yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR