Bank Of Baku

Sumqayıt şəhərini vəsf edən ən yaxşı şeir müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

Sumqayıt şəhərini vəsf edən ən yaxşı şeir müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
# 07 oktyabr 2009 18:49 (UTC +04:00)
Bakı – APA. Bu gün Sumqayıta həsr olunmuş şeirlərdən ibarət “Həzin nəğmələrdə yaşayan şəhər” kitabının təqdimatı və Sumqayıt şəhərini vəsf edən ən yaxşı şeir müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.

Məlumata görə, tədbir Sumqayıtın 60 illik yubiley tədbirləri çərçivəsində “28 May” Mədəniyyət evində baş tutub. Tədbirdə Sumqayıt ŞİH-in başçısı Vaqif Əliyev və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan “Həzin nəğmələrdə yaşayan şəhər” kitabının redaktoru İbrahim İlyaslı kitab haqqında ümumi məlumat verib, onlara göstərilən diqqət və qayğıya görə şəhər rəhbərinə öz minnətdarlığını bildirib. Tədbir zamanı kitabda çap edilmiş şeirlərdən bir neçəsi ifa edilib.

Daha sonra Sumqayıt şəhərini vəsf edən ən yaxşı şeir müsabiqəsində həvəsləndirici yerlərin qaliblərinə adı gedən müsabiqənin münsiflər heyətinin sədri, Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi Adilxan Bayramov, şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qafarov və Mədəniyyət işçiləri Həmkarlar İttifaqının sədri Əşrəf Veysəlli tərəfindən mükafat təqdim edilib. Müsabiqənin qalibləri isə Sumqayıt ŞİH başçısı V.Əliyev tərəfindən təltif edilib. V.Əliyev qalibləri təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR