Bank Of Baku

Gürcüstanda Azərbaycan məktəblərinə dərsliklər paylanıb

Gürcüstanda Azərbaycan məktəblərinə dərsliklər paylanıb
# 08 oktyabr 2009 07:18 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli orta məktəblər üçün dərsliklər gətirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, humanitar yardım Azərbaycan dövlətinin təşkilatçılığı ilə həyata keçirilib. Dərsliklərin bölgüsündə Azərbaycan Təhsil Nazirliyinin əməkdaşları Şahbaz Balakişiyev, Ramiz Xudayarov, Gürcüstan elm və Təhsil Nazirliyinin material resursları departamentinin rəisi Zviadi Kikvadze, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları və azərbaycan dilli məktəblərin direktorları iştirak ediblər. Azərbaycan Təhsil Nazirliyinin əməkdaşı Şahbaz Balakişiyev APA-ya bildirib ki, 1993-cü ildən başlayaraq hər il Gürcüstandakı soydaşlarımızın təhsil aldığı orta məktəblərə Azərbaycan dövləti tərəfindən dərsliklər göndərilir: “Biz humanitar yardım şəkilində göndərilmiş dərslikləri Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Gürcüstandakı soydaşlarımıza çatdırmışıq. 40 min 270 adda I, III-XI sinif dərslikləri artıq Gürcüstan Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə Marneuli rayonuna gətirilib. Dərsliklərə əlavə olaraq 125 komplekt tədris plakatları da daxildir. Hər plakatda 80 adda əyani vəsait var”.
Həmin gün Bolnisi (6 min 117), Laqodexi (2 min 200), Marneuli (17 min 431), Dmanisi (2 min 854), Qardabani (6 min 971), Tetri-Tskaro (181), Zalqa (209), Saqareco (3 min 175), Tifls (434), Rustavi (560), Telavi (216) orta məktəbləri dərsliklərlə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR