Bank Of Baku

Leysan yağışları Azərbaycanın Oğuz rayonuna ciddi ziyan vurub

Leysan yağışları Azərbaycanın Oğuz rayonuna ciddi ziyan vurub
# 08 oktyabr 2009 07:55 (UTC +04:00)
Oğuz. Vüqar Heydərov-APA. Ötən gecədən başlayaraq yağan leysan yağışları Azərbaycanın Oğuz rayonuna ciddi ziyan vurub. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, səhər saatlarına qədər davam edən yağışları nəticəsində rayon mərkəzi və Zanut kəndini sel basıb. Oğuz rayon mərkəzində sel suları bəzi ərazilərdə 2-3 metr hündürlüyünə qalxıb, rabitə, elektrik xətləri tam yararsız hala düşüb, qaz xətləri dağılıb, yollarda ciddi problemlər yaranıb. Çoxlu sayda evlərin həyətinə sel suları dolub, bir ev dağılıb, 7 keçid körpüsü sıradan çıxıb. Rayon mərkəzində bir avtomobili sel apardığı da bildirilib. Zanut kəndində bir çox evlərə su dolub. Oğuz rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları hadisə yerlərinə gəlib, problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR