Bank Of Baku

Azərbaycan rayonlarında yağışlar davam edəcək

Azərbaycan rayonlarında yağışlar davam edəcək
# 08 oktyabr 2009 09:21 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 19-21, axşam 17-19 dərəcə isti olacaq.

Oktyabrın 9-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 14-16, gündüz 20-23 dərəcə isti olacaq.

Oktyabrın 10-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşama doğru havanın tutulacağı gözlənilir. Cənub küləyi əsəcək, günün ikinci yarısında
şimal küləyi ilə əvəzlənəcək. Gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq.

Oktyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 15-17, gündüz 20-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 8-dən 9-na keçən gecə bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Səhər tədricən kəsiləcək. Gündüz, əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 13-17, gündüz 19-24, dağlarda gecə 4-9 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.

Oktyabrın 10-11-də hava, əsasən yağmursuz keçəcək. Lakin 10-da axşam və 11-də gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 14-18, gündüz 20-25 dərəcə, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR