Bank Of Baku

“Azərbaycan Respublikasının İctimai Nəzarət Komitəsi haqqında” qanun layihəsi hazırlanıb

“Azərbaycan Respublikasının İctimai Nəzarət Komitəsi haqqında” qanun layihəsi hazırlanıb
# 08 oktyabr 2009 10:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. İnsan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə birgə işçi qrupun hazırladığı “Azərbaycan Respublikasının İctimai Nəzarət Komitəsi haqqında” qanun layihəsinin müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə hüquqşünaslar, QHT rəhbərləri iştirak edib. İşçi qrupun rəhbəri Kamil Səlimov bildirib ki, qanun layihəsi artıq parlamentə təqdim olunub. Məmurların yol verdikləri qanun pozuntuları ilə bağlı vətəndaşların aidiyyəti qurumlara etdiyi müraciətlərin əksər hallarda nəticəsiz qaldığını bildirən K. Səlimov hesab edir ki, bu səbəblə İctimai Nəzarət Komitəsinin yaradılması zərurəti ortaya çıxıb. O, hazırlanmış layihədə komitənin dövlət nəzarəti ilə ictimai nəzarətin uzlaşdırılması, komitənin fəaliyyətinin qanunçuluq, kollegiallıq və aşkarlıq prinsiplərinə əsaslanmasının nəzərdə tutulduğunu qeyd edib. K. Səlimov bir sıra hallarda dövlət qurumlarına edilən şikayətlərə verilən cavabların formal xarakter daşıdığını vurğulayıb.

Sovet dövründə Xalq Nəzarəti Komitəsinin sədri olmuş Oqtay Salmanov Azərbaycanda belə bir qurumun yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu gün Azərbaycanda vətəndaşlar problemləri ilə bağlı hara müraciət edəcəklərini bilmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR