Bank Of Baku

Məleykə Abbaszadə: “Regionlarda qəbul imtahanlarının keçirilməsi il ərzində hazırlıq işlərinin necə aparılacağından asılı olacaq”

Məleykə Abbaszadə: “Regionlarda qəbul imtahanlarının keçirilməsi il ərzində hazırlıq işlərinin necə aparılacağından asılı olacaq”
# 08 oktyabr 2009 11:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası gələn il regionlarda da qəbul imtahanlarının keçirilməsini nəzərdə tutub”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, regionlarda qəbul imtahanlarının keçirilməsi il ərzində hazırlıq işlərinin necə aparılacağından asılı olacaq. Hələlik isə TQDK Lənkəranda, Gəncədə və Naxçıvanda ötən dərs ilinin qəbul imtahanlarının nəticələri ilə bağlı açıq elmi-metodiki seminarlara başlayıb. M. Abbaszadənin sözlərinə görə, əsas məqsəd regionlarda yaşayan, çalışan müəllimləri imtahanın məzmunu ilə əlaqədar olan bütün müzakirələrə və elmi araşdırmalara cəlb edilməsidir.

M. Abbaszadə regional ofislərin kadrlarla təmin olunması üçün Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət etdiklərini açıqlayıb: “Dövlət Qulluğu ilə bağlı müsabiqə elan ediləndə TQDK-nın regional ofisləri üçün kadrların seçilməsi də nəzərdə tutulacaq. Buna baxmayaraq, hazırda müəllimləri və metodistləri müqavilə əsasında regional bölmələrdə işə cəlb edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR