Bank Of Baku

Şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
# 08 oktyabr 2009 12:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu ilə birlikdə görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş konfrans keçirib. APA-nın məlumatına görə, konfransda A. İmanquliyevanın xatirəsinə həsr olunmuş müsabiqənin qalibləri də mükafatlandırılıb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Aida İmanquliyeva böyük alim, pedaqoq olmaqla bərabər, yüksək keyfiyyətlərə malik insan idi. Onun gənc alim və tədqiqatçılara böyük diqqət göstərdiyini deyən H. Hüseynovanın sözlərinə görə, məhz buna görə də yubiley münasibətilə gənc tədqiqatçılar arasında ərəb ədəbiyyatı ilə bağlı müsabiqənin keçirilməsi qərara alınıb: “Bu müsabiqənin keçirilməsi Aida İmanquliyevanın xatirəsinə layiqli töhfə olacaq. O, bütün ömrünü Azərbaycan elminin dünyada təbliğinə həsr edib”.

Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva isə A. İmanquliyevanı XX əsrin ən görkəmli qadınlarından biri adlandırıb: “Aida İmanquliyevanın yaradıcılığının ana xəttini Şərq və Qərb sivilizasiyalarını birləşdirmək təşkil edirdi. Onun Azərbaycanda ərəbşünaslıq məktəbinin formalaşmasında böyük rolu olub. Təsadüfi deyil ki, Aida İmanquliyevanın 70 illik yubileyi ilə əlaqədar Azərbaycanda ərəbşünas alimlərin Beynəlxalq İbn Ərəbi simpoziumu keçiriləcək. Bu simpozium Azərbaycan elminin dünyada daha geniş tanınmasına xidmət edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR