Bank Of Baku

Azərbaycanın cənub bölgəsində 334 QİÇS xəstəsi var

Azərbaycanın cənub bölgəsində 334 QİÇS xəstəsi var
# 08 oktyabr 2009 12:03 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. 2009-cu ilin ötən 9 ayı ərzində Lənkəranda 19 nəfər HİV/QİÇS daşıyıcısı aşkarlanıb və nəticə etibarı ilə rayon üzrə QİÇS xəstələrinin sayı 181 nəfər olub. Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov verib. Onun sözlərinə görə, laboratoriya tərəfindən ilk xəstə 1999-cu ilin noyabr ayında qeydə alınıb və 2000-2006-cı illər ərzində daha 83 HİV daşıyıcısı aşkar olunub. Sonrakı 2 il 9 ayda isə xəstəlik daha intensiv xarakter alıb və QİÇS-ə yoluxanların sayı Lənkəran rayonu üzrə 181 nəfərə çatıb. Ümumilikdə bölgə üzrə 334 QİÇS xəstəsi qeydə alınıb ki, bunların da 181 nəfəri Lənkəran, 65 nəfəri Astara, 61 nəfəri Masallı, 20 nəfəri Cəlilabad, 4 nəfəri Lerik və 3 nəfəri Yardımlı rayonlarının payına düşür. R.İbişov bildirib ki,bu ilin 9 ayı ərzində Lənkəran rayonu üzrə 4 QİÇS daşıyıcısı, ötən 10 ildə isə ümumilikdə 28 nəfər QİÇS xəstəsi dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR