Bank Of Baku

Sabah Sumqayıtda əmək yarmarkası keçiriləcək

Sabah Sumqayıtda əmək yarmarkası keçiriləcək
# 08 oktyabr 2009 13:27 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Oktyabrın 9-da Sumqayıt şəhərində əmək yarmarkası keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yarmarkada Sumqayıt şəhərində fəaliyyət göstərən 288 idarə və müəssisə tərəfindən 2651 vakant iş yeri təqdim ediləcək ki, onlardan 1452-si özəl sektor tərəfindən verilib. Yarmarkada Sumqayıt şəhərində fəaliyyət göstərən iri dövlət və özəl müəssisələr, eləcə də xarici şirkətlər iştirak edəcək. Tədbirdə 100-ə yaxın müəssisənin nümayəndəsinin iştirakı təmin olunacaq.

Əmək yarmarkasında Bakı şəhərinin Yasamal, Binəqədi, həmçinin Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Abşeron və Qubadlı rayonlarının Məşğulluq mərkəzlərinin ərazisində fəaliyyət göstərən 90-a yaxın idarə və müəssisə 756 vakant iş yeri ilə iştirak edəcək.

Qeyd edək ki, bu il Azərbaycanda 53 yarmarka keçirilib. Bu yarmarkalarda 1700-dən artıq müəssisə 14028 vakant iş yeri ilə iştirak edib. Nəticədə 4910 nəfər işsiz vətəndaş münasib işlə təmin edilib, 465 nəfər peşə hazırlığı kurslarına, 282 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR