Bank Of Baku

Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
# 08 oktyabr 2009 15:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bakı dairəvi avtomobil yolunun tikintisi və ərazidən keçən kommunikasiyaların köçürülməsi ilə əlaqədar bu ilin oktyabr ayının 9-da səhər saat 09.00-dan etibarən «Alatava» Qaz Paylayıcı Stansiyasından qidalanan və Binəqədi rayonunun böyük bir hissəsini təbii qazla təmin edən 500 mm-lik «9-cu mikrorayon-Binəqədi» orta təzyiqli kəmərdə qaz təchizatı dayandırılacaq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, iş görülən müddətdə Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci, 9-cu mikrorayonlarının, eləcə də «Vorovski» və M.Ə Rəsulzadə qəsəbələrinin bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. İş başa çatdıqdan sonra qeyd olunan ərazilərin qaz təchizatı bərpa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR