Bank Of Baku

Gəncədə Aida İmanquliyevanın 70 illik yubileyi qeyd edilib

Gəncədə Aida İmanquliyevanın 70 illik yubileyi qeyd edilib
# 08 oktyabr 2009 18:27 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar – APA. Bu gün Gəncədə Azərbaycan şərqşünaslıq elminin görkəmli nümayəndəsi Aida İmanquliyevanın anadan olmasının 70 illik yubileyinə həsr edilmiş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.

APA-nın qərb bürosunun məlumatına görə, Gəncə Regional Elm Mərkəzinin iclas zalında keçirilən konfransı giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov açıb. O, A.İmanquliyevanın Azərbaycan elminə töhfələrindən danışıb və onun irsini araşdıran alimlərə təşəkkürünü bildirib. Tədbir Gəncə Regional Elm Mərkəzinin direktoru Fuad Əliyevin “Aida İmanquliyevanın həyat və yaradıcılığı haqqında”, professor Xəlil Yusiflinin “Azərbaycan ədəbiyyatında Şərq-Qərb münasibətləri”, tarix elmləri namizədi Samir Pişnamazzadənin “Aida İmanquliyeva Şərq-Qərb polemikasının Azərbaycanda ilk tədqiqatçısıdır” mövzusunda məruzələrinin dinlənilməsi ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR