Bank Of Baku

AMEA-nın Geologiya İnstitutu gənc alimlər üçün müsabiqə keçirəcək

AMEA-nın Geologiya İnstitutu gənc alimlər üçün müsabiqə keçirəcək
# 08 oktyabr 2009 23:43 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu “Elmin inkişafı və yeni nailiyyətlər” mövzusu üzrə ümumakademiya miqyasında gənclərin intellektual müsabiqəsini keçirməyə hazırlaşır. Bu barədə APA-ya Geologiya İnstitutunun mətbuat katibi Səid Hüseynov məlumat verib.

Məlumata görə, institutun Gənc Alimlər Şurasının təşəbbüsü ilə təşkil olunan müsabiqə prezident İlham Əliyevin bu il mayın 4-də imzaladığı “Azərbaycan Respublikasında 2009-2015-cı illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” haqqında sərəncama əsasən planlaşdırılır. Əsas məqsəd gənclərin elmə olan marağını daha da artırmaq, onların gələcəkdə daha uğurlu addımlar atmasına yaxından kömək etməkdir.

Müraciətlər oktyabrın 15-dən noyabrın 15-nə qədər qəbul ediləcək. Noyabrın 24 və 25-də isə iştirakçıların yeni elmi fikirlər, nailiyyətlər, elmin müasir problemləri, laboratoriyalarda aparılan uğurlu işlər və s. barədə məruzələri dinləniləcək. Çıxışların nəticəsində final mərhələsinə AMEA-nın müxtəlif bölmələrində çalışan mütəxəssislər tərəfindən 30 nəfər iştirakçı seçiləcək. Bütün finalçılar sertifikat və hədiyyələr, qaliblər isə daha qiymətli hədiyyələr, həmçinin diplomla təltif ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR