Bank Of Baku

Tallində Azərbaycan tətbiqi sənəti kursları fəaliyyətə başlayıb

Tallində Azərbaycan tətbiqi sənəti kursları fəaliyyətə başlayıb
# 09 oktyabr 2009 01:29 (UTC +04:00)
Bakı – APA. Bu həftə Tallin şəhərindəki İncəsənət Gimnaziyasında Azərbaycan tətbiqi sənəti kursları fəaliyyətə başlayıb. Bu barədə APA-ya Diaporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

“TURAN“ Estoniya-Azərbaycan İnteqrasiya Mərkəzinin həyata keçirdiyi iki aylıq kursda Azərbaycan naxış nümunələrinin taxta üzərində boya üsulu ilə işlənməsi və milli bəzək əşyalarının hazırlanması texnologiyaları tədris ediləcək. Mərkəzin rəhbəri Sərvinaz Kərimovanın dediyinə görə, layihənin sonunda satış-sərgi təşkil olunacaq və əldə edilən vəsait fiziki cəhətdən qüsurlu uşaqlara xidmət göstərən fondlara köçürüləcək. Layihəni Estoniya Təhsil Nazirliyi maliyyələşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR