Bank Of Baku

Azərbaycanda Əlillərin VII Ümumrespublika Sərgi-Müsabiqəsi keçiriləcək

Azərbaycanda Əlillərin VII Ümumrespublika Sərgi-Müsabiqəsi keçiriləcək
# 08 oktyabr 2009 00:56 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Noyabrın ortalarında Əlillərin VII Ümumrespublika Sərgi-Müsabiqəsi keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sərgi-müsabiqədə tətbiqi sənətin müxtəlif növləri (rəsm, ağac üzərində işlər, xalçaçılıq, hörmə, bədii tikmə, bədii keramika, maket və s.) üzrə əl işləri, əlillərin hazırladığı, məişətdə işlədilən əşya və alətlər nümayiş etdiriləcək.

Əlillərin əl işlərinin qəbulu nazirliyin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsində yaradılmış işçi qrup tərəfindən oktyabr ayının 25-dək aparılacaq.

Hazırda tədbirin keçirilməsi ilə bağlı əsasnamənin hazırlanması, Təşkilat Komitəsinin və yaradıcılıq işlərini qiymətləndirəcək münsiflər heyətinin tərkibinin müəyyən edilməsi və təsdiqlənməsi istiqamətində işlər görülür. Hər il olduğu kimi, bu il də sərgi-müsabiqədə fərqlənənlərə mükafatların, habelə iştirakçılara həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR