Bank Of Baku

Təhsil Nazirliyində 2009-2014-cü illərdə şahmatın inkişafı ilə bağlı Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Təhsil Nazirliyində 2009-2014-cü illərdə şahmatın inkişafı ilə bağlı Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
# 09 oktyabr 2009 10:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Təhsil Nazirliyində 2009-2014-cü illərdə şahmatın inkişafı ilə bağlı Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib. APA-nın məlumatına görə, müşavirədə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, hazırda Azərbaycanda 66 uşaq-gənclər şahmat məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə 35 min məktəbli 1690-dan çox müəllimin köməyi ilə şahmatın sirlərini öyrənir.

E. Qasımovun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra şahmat məktəblərinin nümayəndələri 72 medal qazanıblar ki, bunların da 26-sı qızıldır. Hazırda isə Azərbaycanda şahmat məktəblərini bitirmiş 21 beynəlxalq qrossmeyster, 12 beynəlxalq dərəcəli idman ustası var. Dövlət Proqramı ilə əlaqədar Təhsil Nazirliyinin xüsusi tədbirlər planı hazırladığını deyən nazir müavininin sözlərinə görə, hazırda şahmat məktəblərinin maliyyə-texniki bazasının möhkəmləndirilməsi istiqamətinə işlər davam etdirilir. Son bir ildə bir neçə rayonda yeni şahmat məktəbləri istifadəyə verilib.

Problemlərə də toxunan E. Qasımov deyib ki, hələ də bir neçə rayonda şahmat məktəblərinin bazası yaradılmayıb. Şahmat məktəblərində Azərbaycan dilində metodiki vəsaitlər də azlıq təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR