Bank Of Baku

Yevlax rayonunun bir sıra kəndlərində quraşdırılmış su təmizləyici qurğulara baxış keçirilib

Yevlax rayonunun bir sıra kəndlərində quraşdırılmış su təmizləyici qurğulara baxış keçirilib
# 09 oktyabr 2009 10:31 (UTC +04:00)
Bakı-APA. Yevlax rayonunun Aran, Aşağı Bucaq, Yuxarı Bucaq və Duzdağ kəndlərində “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı sutəmizləyici qurğulara baxış keçirilib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Aran kəndinin 5560 nəfər əhalisi gün ərzində 100 m3 sutəmizləmə gücünə malik 16 bulaq, Aşağı Bucaq kəndinin 859 nəfər əhalisi gün ərzində 20 m3 sutəmizləmə gücünə malik 7 bulaq, Yuxarı Bucaq kəndinin 797 nəfər əhalisi gün ərzində 30 m3 sutəmizləmə gücünə malik 7 bulaq və Duzdağ kəndinin 426 nəfər əhalisi isə gün ərzində 10 m3 sutəmizləmə gücünə malik 7 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcəklər.
Qeyd olunub ki, Azərbaycan prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq 2007-ci ildə 8 rayon (Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan və Neftçala), 2008-ci ildə isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 12 rayonun (Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Babək və Şərur) 122 kəndində modul tipli su təmizləyici qurğular quraşdırılıb və 224 min əhali Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR